Şou-biznes

Atasının sözləri Güneli ağlatdı - (Video)

16 Oktyabr 2026 21:25
Baxış: 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Afrikadan uşaq övladlığa götürmək istəyirəm. Öz övladım olsa da, qız uşağı övladlığa götürmək istəyirəm. İmkanlar əl verdiyi müddətdə niyə də yox? Savab iş görmüş olaram. Niyə də olmasın".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova "Qonaqcanlı" proqramında deyib. Sənətçi övladlığa uşaq götürmək istədiyini bildirib.

Atası Rəhman Zeynalov da qızı ilə bağlı arzularını dilə gətirib. Günel həmin videonu izləyərəkən kövrəlib:

"Arzumuz Ağdamda konsert edək. Mənim arzum isə odur ki, çadır qurub toy edim. Qızımla fəxr edirəm. Allah qarşısına halal süd əmmiş adam yetirsin. Özünə yaraşan, namuslu olsun. Ondan rahat olsam, dünyadan rahat köçərəm". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.