İdman

Arda Güler daha 5 il "Real"da

16 Oktyabr 2026 21:47
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real" türkiyəli yarımmüdafiəçisi Arda Gülər yeni müqavilə imzalamağa hazırlaşır.

Milli.Az xəbər verir ki, tərəflər əməkdaşlığın 2031-ci ilə qədər uzadılması ilə bağlı razılığa gəliblər. Bu barədə "TEAMtalk" məlumat yayıb.

Bir neçə ay əvvəl "Arsenal" və "Mançester Siti" futbolçunun nümayəndələri ilə də danışıqlar aparıblar. Lakin "Real" rəhbərliyi Arda Gülərə uzunmüddətli planlarında mühüm yer ayırdığını bildirib. Baş məşqçi Joze Mourinyo da türkiyəli oyunçuya dəstək verib.

Arda Gülər 2026/2027 mövsümündə La Liqa və Çempionlar Liqasında 9 oyunda meydana çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.