“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:
"COP17 təbiət naminə biomüxtəlifliyin itirilməsinin qarşısını almağa yönəlsə də, bu konfransa torpaqların deqradasiyası, transsərhəd çayların çirklənməsi və sistematik şəkildə ekosid törətmiş bir ölkənin ev sahibliyi etməsi ikili standartdan başqa bir şey deyil.
Əsl təbiətsevərlik ikili standartlardan, selektiv yanaşmadan və yalançı ekoloji təəssübkeşlikdən uzaq olmalıdır. Bu səbəbdən, COP17-də iştirak edən bütün iştirakçıları və nümayəndələri standart tezislərdən kənara çıxmağa və Ermənistanın daxilində və transsərhəd çayları vasitəsilə regionda səbəb olduğu ekoloji çirkəndirmə fəaliyyətini sorğulamağa çağırırıq.
Ermənistandakı COP17 iştirakçılarını sammit zamanı mümkün olan hər fürsətdə bu məsələləri qaldırmağa səsləyirik:
- Ermənistan tərəfindən transsərhəd çayların kimyəvi məhv edilməsi: Onilliklər ərzində Zəngəzur Mis-Molibden Kombinatı və Qapan Mədən və Emalı Zavodu tərəfindən atılan ağır metallar tərkibli zəhərli tullantılar Oxçuçayı ciddi şəkildə çirkləndirib. Bir vaxtlar canlı olan bu su hövzəsi zəhərli, pas rəngli kimyəvi bataqlığa çevrilib. Sözügedən bu ekoloji çirkənmə bu ərazilərdəki biomüxtəlifliyi, o cümlədən Ermənistandan qovulan Qərbi azərbaycanlıların tarixən məskunlaşdığı yaşayış məntəqələrinin təbiətini tamamilə məhv edərək bu insanların gələcəkdə ləyaqətlə öz dədə-baba yurdlarına qayıtmalarına da əngəl törədir;
- Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan ərazilərində ətraf-mühitin çirkənlədirilməsi: Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri Ermənistan tərəfindən işğal dövründə sistemli şəkildə dağıntılara, meşələrin qırılmasına və təbii sərvətlərin qanunsuz istismarına məruz qalıb;
- Azərbaycan sərhədi yaxınlığında təhlükəli sənaye layihələri: Ermənistan Azərbaycanla sərhədə yaxın ərazilərdə, məsələn, Arazdəyəndə (Yerasx) ağır sənaye və metallurgiya layihələrini həyata keçirməyə çalışması sərhədyanı bölgədə məqsədli şəkildə ekoloji zərərli sənayenin yerləşdirilməsinin bir nümunəsidir;
- Nəzarətsiz mədənçilik fəaliyyəti və çaylarının yuxarı axında çirklənməsi: Ermənistanda davam edən mədən əməliyyatları və zəhərli tullantıların demək olar ki təmizlənmədən sərhəd çaylarına axıdılması Azərbaycanın ekoloji tarazlığını, torpaq münbitliyini və su ehtiyatlarını təhdid edir;
- Ermənistan BMT-nin Su Konvensiyasına hələ də qoşulmayıb: Ermənistan BMT-nin Sərhəddən Keçən Su Axınlarının və Beynəlxalq Göllərin Mühafizəsi və İstifadəsi Konvensiyasına (Helsinki Konvensiyası) tərəf olmamaqla yanaşı, qonşu ölkələrlə bu sahədə əməkdaşlıq etməkdən də imtina edir. Uzun müddətdir ki, sərhədyanı ətraf mühitə ziyan vuran, ekosistemi məhv edən bir dövlətin bu beynəlxalq konvensiyaya belə qoşulmadan özü barəsində "ətraf mühitin qayğısına qalan dövlət" imici yaratmağa cəhd etməsi qəbuledilməzdir.
Biomüxtəliflik üçün əsl qlobal əməkdaşlıq dürüstlük, şəffaflıq və təbiəyin mühafizəsi üçün birgə səylərin göstərilməsi üzərində qurula bilər. Beynəlxalq ictimaiyyət Ermənistanın ətraf mühitə qarşı törətdiyi çoxsaylı cinayətləri hansısa beynəlxalq tədbir keçirməklə ört-basdır etməyə çalışmasına icazə verməməlidir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı videoçarx yayımlanıb - (Video)
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
-
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik edib
-
Əvvəl çevriliş planı, sonra neft payı, indi isə nankorluq ittihamı: Ankaraya tarixi xatırladaq
-
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
XƏBƏR LENTİ
-
Könül və Namiq 23 il sonra yenidən duet oxuyacaqlar - (Video)
-
“Sizin əlinizdən qaçmaq üçün xaricə getmək istəyirəm” - Samir Abasov - (Video)
-
Afaqın ailəsində toy - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı videoçarx yayımlanıb - (Video)
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
-
İtkin düşən, sonra Ermənistanda həbs edilən hərbçimizlə bağlı BQXK-dan bəyanat
-
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik edib
-
"Kızılcık şerbeti"ndə dəyişiklik - (Foto)
-
Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir
-
Sabah Binəqədi şossesinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
-
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
-
"Anam kimi mən də 40 yaşında ana oldum" - Zülfiyyə Xanbabayeva
-
Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Yenilənib
-
Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyinə həsr olunmuş “Sözün nəğməyə çevrildiyi an” adlı ədəbi-bədii musiqi gecəsi keçirilib - (Foto)
-
Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldonu davranışını tənqid etdi
-
Əvvəl çevriliş planı, sonra neft payı, indi isə nankorluq ittihamı: Ankaraya tarixi xatırladaq
-
Azərbaycan benzini hansı ölkələrə satır?
-
"Şamaxı" "Şəfa"ya qalib gəldi
-
Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı
-
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
-
"Valideynini sevən oğlan ana uşağı olmur" - (Video)
-
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadılıb





