Hadisə

İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı

16 Oktyabr 2026 17:12
Baxış: 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Balik kəndi ərazisində baş verib.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili ilə "DAF" markalı tır toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü ölüb, sərnişinləri isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.