Cəmiyyət

Astara Gömrük İdarəsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi

16 Oktyabr 2026 16:21
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində istintaq olunan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.
 
Milli.Az xəbər verir ki, Məmmədov Taleh Zakir oğlunun qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Taleh Məmmədovun 2026-cı ilin may ayında vətəndaşa məxsus tərəvəz məhsullarının Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyasına daşınması zamanı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində əlavə yoxlanışa məruz qalmadan maneəsiz buraxılmasının təmin edilməsi müqabilində pul vəsaiti alaraq nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Taleh Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.