Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, dini nifrət və düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb.
Milli.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, 1975-ci il təvəllüdlü Türkiyə vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.
Araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra Azərbaycanda hakimiyyətin çevriliş və zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınması və təşviqinə yönələn dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması, eləcə də radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edilməsi müəyyən olunub.
Toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun və digər şəxslərin barəsində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyə Respublikasının səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.
İbtidai istintaq çərçivəsində qeyd olunan məlumatların, habelə, bu xarakterli digər materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər halların obyektiv, tam və hərtərəfli araşdırılması, əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması naminə hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
-
Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Azərbaycan özünün əməkdaşlıq coğrafiyasını daim genişləndirir - Kamaləddin Qafarov
-
Milli Məclisin komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yayıb
-
Ceyhun Bayramov Hakan Fidanla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
XƏBƏR LENTİ
-
Bakıda məktəb və universitetlərdə dərs saatları dəyişdirilə bilər
-
Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)
-
2-ci kurs tələbəsi vəfat etdi
-
Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü
-
Alim Qasımovun illər əvvəlki toy görüntüləri gündəm oldu - (Video)
-
Milli İncəsənət Muzeyində “Cənnətin İqamətgahı” filmi nümayiş olunub - (Foto)
-
Bakının bu rayonunda 30 bina söküləcək
-
Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)
-
İrəvanda Paşinyan Pezeşkianla görüşüb
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
-
GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair məlumatları təqdim edib - (Foto)
-
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
-
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
-
Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)
-
Azərbaycanda mənzillər bahalaşdı
-
Təcili tibbi yardımda süni intellektdən istifadə ediləcək
-
Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"
-
Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"
-
İstanbulda Ermənistanın Müstəqillik Günü qeyd edildi - Türkiyə XİN-in rəsmisi tədbirdə
-
Talıb 2-ci dəfə ata oldu
-
Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi
-
Bu avtobuslar “20 Yanvar” və “Şamaxinka”dakı dayanacaq məntəqəsindən çıxarılır





