Bakının bu rayonunda 30 bina söküləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur".
Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək:
"Sökülməsi planlaşdırılan binaların texniki vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq aktlar tərtib edilib. Həmin sənədlərdə binaların qəzalı vəziyyətdə olduğu və orada yaşamağın sakinlərin təhlükəsizliyi baxımından risk yaratdığı qeyd olunub.
Həyata keçiriləcək işlər söküntü ilə məhdudlaşmayacaq. Bəzi sahələrdə dövlət vəsaiti hesabına abadlıq işlərinin aparılması, parkların salınması və yol infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulur. İnvestisiya layihələrinin həyata keçiriləcəyi ərazilərdə isə köhnə binaların yerində yeni yaşayış binaları inşa ediləcək.
Tikinti müddətində vətəndaşların kirayə xərclərinin qarşılanması üçün kompensasiya ödənilməsi də nəzərdə tutulur. Yeni binalar hazır olduqdan sonra sakinlərə həmin binalarda mənzillər veriləcək".
AQC sədri əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq:
"İlkin qiymətləndirmələrə əsasən, bəzi ərazilərdə kompensasiyanın məbləğinin hər kvadratmetr üçün təxminən 2 000-3 000 manat civarında olması gözlənilir. Daha az mərkəzi ərazilərdə və yeni yaşayış binasının tikintisi üçün əlverişli hesab edilməyən sahələrdə isə məbləğ təxminən 2 000-2 500 manat arasında dəyişir. Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Digər diqqətçəkən məsələ Nəsimi rayonunda, Mirəli Qaşqay 34 ünvanında yerləşən və 50-dən çox ailənin yaşadığı məcburi köçkünlərə aid evlərlə bağlıdır. Həmin ərazi üzrə sənədləşmə və inventarizasiya işləri aparılıb, prosesə başlanılıb".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti bəlli oldu
-
Astara Gömrük İdarəsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi
-
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada TÜRKSOY vəTürkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək qiymətləndirilib - (Foto)
-
Bakıda məktəb və universitetlərdə dərs saatları dəyişdirilə bilər
-
Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)
-
2-ci kurs tələbəsi vəfat etdi
XƏBƏR LENTİ
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti bəlli oldu
-
Astara Gömrük İdarəsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi
-
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada TÜRKSOY vəTürkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək qiymətləndirilib - (Foto)
-
Bakıda məktəb və universitetlərdə dərs saatları dəyişdirilə bilər
-
Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)
-
2-ci kurs tələbəsi vəfat etdi
-
Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü
-
Alim Qasımovun illər əvvəlki toy görüntüləri gündəm oldu - (Video)
-
Milli İncəsənət Muzeyində “Cənnətin İqamətgahı” filmi nümayiş olunub - (Foto)
-
Bakının bu rayonunda 30 bina söküləcək
-
Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)
-
İrəvanda Paşinyan Pezeşkianla görüşüb
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
-
GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair məlumatları təqdim edib - (Foto)
-
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
-
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
-
Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)
-
Azərbaycanda mənzillər bahalaşdı
-
Təcili tibbi yardımda süni intellektdən istifadə ediləcək
-
Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"
-
Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"
-
İstanbulda Ermənistanın Müstəqillik Günü qeyd edildi - Türkiyə XİN-in rəsmisi tədbirdə





