GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair məlumatları təqdim edib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
GEROPHARM şirkətinin elmi-tədqiqat mərkəzinin mütəxəssisləri uşaqlarda və yeniyetmələrdə piylənmənin tirzepatid və semaglutide molekulları əsaslı müalicəsinə dair klinik tədqiqatların ilkin nəticələrini təqdim ediblər. Məlumatlar Avstriyada keçirilən Uşaqlarda Piylənmənin Öyrənilməsi üzrə Avropa Qrupunun (ECOG) beynəlxalq konqresində açıqlanıb.

Uşaqlarda piylənmə problemi Azərbaycan üçün də aktualdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI) çərçivəsində aparılmış tədqiqata əsasən, ölkədə müayinə olunan səkkizyaşlı uşaqların 26,9%-də artıq çəki, o cümlədən piylənmə, 10,7%-də isə piylənmə qeydə alınıb. Bakıda bu göstəricilər daha yüksək olub: müvafiq olaraq 34,8% və 14,6%. Bu məlumatlar profilaktikanın, erkən diaqnostikanın və müasir müalicə yanaşmalarının inkişaf etdirilməsinin vacibliyini göstərir.
Bu baxımdan yeni müalicə üsullarının araşdırılması xüsusi əhəmiyyət daşıyır. GEROPHARM-ın klinik tədqiqat proqramına Rusiyanın 50-dən çox tibb mərkəzində təxminən 800 uşaq və yeniyetmə cəlb olunub. Tədqiqatların başlanğıcında iştirakçıların orta bədən çəkisi 95-97 kq təşkil edib, onların əksəriyyətində II-III dərəcəli piylənmə müşahidə olunub.

Təqdim edilən ilkin* nəticələrə əsasən, müalicənin ilk altı ayı ərzində bir çox iştirakçının bədən kütləsi indeksi (BKİ) təxminən 20% azalıb. Uşaqların təxminən 70%-i qidalanma vərdişlərini dəyişib, üçdə biri isə daha aktiv həyat tərzi keçirməyə başlayıb.
Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Pediatrlar İttifaqının prezidenti Leyla Namazova-Baranova müasir dərman preparatlarının effektivliyi və təhlükəsizliyi barədə etibarlı elmi məlumatların əldə olunması üçün uşaqlar və yeniyetmələr arasında klinik tədqiqatların aparılmasının vacibliyini vurğulayıb.
Təqdim olunan tədqiqat nəticələri ilkin xarakter daşıyır.
GEROPHARM GxP standartlarına uyğun fəaliyyət göstərən beynəlxalq biotexnoloji preparatlar istehsalçısıdır. Şirkət nevrologiya, endokrinologiya, oftalmologiya, ginekologiya və urologiya sahələrində istifadə olunan dərman preparatları istehsal edir.
Azərbaycanda GEROPHARM 2014-cü ildən etibarən öz nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir və ölkənin tibb ictimaiyyəti və pasiyentləri ilə uzunmüddətli əməkdaşlığın inkişafına töhfə verir.
Redaksiya qeydi: material GEROPHARM şirkətinin klinik tədqiqatların ilkin nəticələri barədə məlumatı əsasında hazırlanıb. Bu nəticələr uşaqlarda və yeniyetmələrdə piylənmənin müalicəsinin effektivliyinin və təhlükəsizliyinin təsdiqi kimi qiymətləndirilməməlidir. Təsvir olunan terapiya Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərdə piylənmənin müalicəsi üçün qeydiyyata alınmayıb. Material dərman vasitələrinin istifadəsi və ya özünümüalicə üçün tövsiyə deyil; müalicə barədə qərarı həkim verir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakının bu rayonunda 30 bina söküləcək
-
Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı
-
GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair məlumatları təqdim edib - (Foto)
-
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
-
Azərbaycanda mənzillər bahalaşdı
-
Azərbaycanda işsizlikdən sığorta ödənişi nə qədərdir?
XƏBƏR LENTİ
-
Şəhriyar Əbilov məşhur “Qəfəs”dən danışdı - (Video)
-
2-ci kurs tələbəsi vəfat etdi
-
Avropada təhlükəli virus yayılır - 130 nəfər öldü
-
Alim Qasımovun illər əvvəlki toy görüntüləri gündəm oldu - (Video)
-
Milli İncəsənət Muzeyində “Cənnətin İqamətgahı” filmi nümayiş olunub - (Foto)
-
Bakının bu rayonunda 30 bina söküləcək
-
Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı
-
Gəncə Dövlət Filarmoniyasında “Muğam axşamı” layihəsi çərçivəsində konsert proqramı təqdim olunub - (Foto)
-
İrəvanda Paşinyan Pezeşkianla görüşüb
-
Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
-
GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair məlumatları təqdim edib - (Foto)
-
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
-
Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
-
Bülent Ersoy həyatının şokunu yaşadı - (Video)
-
Azərbaycanda mənzillər bahalaşdı
-
Təcili tibbi yardımda süni intellektdən istifadə ediləcək
-
Mirzoyan: Türkiyə ilə sərhədlər hər an açıla bilər"
-
Kassano: "Kriştianu Ronaldu o Ronaldonun yarısıdır"
-
İstanbulda Ermənistanın Müstəqillik Günü qeyd edildi - Türkiyə XİN-in rəsmisi tədbirdə
-
Talıb 2-ci dəfə ata oldu
-
Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi
-
Bu avtobuslar “20 Yanvar” və “Şamaxinka”dakı dayanacaq məntəqəsindən çıxarılır
-
Razi qalmaqalla boşandığı ərininin fotosunu paylaşdı





