İdman

Martines "Mançester Yunayted" rəhbərliyindən üzr istədi

16 Oktyabr 2026 13:55
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərənin "Mançester Yunayted" klubunun argentinalı müdafiəçisi Lisandro Martines son açıqlamalarından sonra klub rəhbərliyi ilə görüşərək üzrxahlıq edib.

Milli.Az xəbər verir ki, futbolçu məsələ ilə bağlı mövqeyini sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ifadə edib.

Hadisə "Mançester Yunayted"in UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Atletiko"ya 0:2 hesabı ilə uduzmasından sonra baş verib. Qarşılaşmanın ardından Lisandro Martines komandada yetərincə güclü futbolçuların olmadığını bildirərək klub rəhbərliyini və idman direktorunu tənqid edib.

Argentinalı müdafiəçi rəhbərlik və baş məşqçi ilə söhbətinin müsbət keçdiyini, oyunsonrası açıqlamalarının isə emosional vəziyyəti ilə bağlı olduğunu vurğulayıb.

"Bu gün klub rəhbərliyi və baş məşqçi ilə görüşdüm. Çox müsbət söhbətimiz oldu, fikir mübadiləsi apardıq və çərşənbə axşamı keçirilən oyundan sonra baş verənləri açıq şəkildə müzakirə etdik.

Hamı bilir ki, mən emosional insanam və futbolla yaşayıram. Məğlubiyyətin yaratdığı məyusluq hissini, bəlkə də, uyğun olmayan vaxtda və yerdə ifadə etməyimə səbəb oldu. Buna görə üzr istəyirəm. Kollektivimiz birlikdə hərəkət etdikdə daha yaxşı nəticələr göstərir. Həmin an səsləndirdiyim fikirlərin bu birliyə töhfə vermədiyini qəbul edirəm", - deyə futbolçu bildirib.

Qeyd edək ki, Lisandro Martines 2022-ci ildən "Mançester Yunayted"də çıxış edir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.