Ölkə

Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu kimdir?

16 Oktyabr 2026 13:37
Baxış: 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, jurnalist və alim Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Milli.Az xəbər verir ki, o, bu vəzifəyə oktyabrın 16-da keçirilən Azərbaycan jurnalistlərinin IX qurultayında layiq görülüb.

Vüqar Zifəroğlu 1978-ci il oktyabrın 12-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Filologiya elmləri doktoru olan Vüqar Zifəroğlu jurnalistika sahəsində uzun illərdir fəaliyyət göstərir.

O, 1997-ci ildən jurnalistika ilə məşğuldur. 2001-ci ildən Bakı Dövlət Universitetində çalışan Vüqar Zifəroğlu 2017-ci ildən Jurnalistika fakültəsinin dekanı vəzifəsini icra edir.

Alim beynəlxalq jurnalistika, media etikası və informasiya manipulyasiyası mövzularında elmi araşdırmalar aparıb. O, müxtəlif elmi əsər və kitabların müəllifidir. Vüqar Zifəroğlu 2020-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sədri seçilməzdən əvvəl Vüqar Zifəroğlu qurumun sədr müavini vəzifəsində çalışıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.