İdman

Roy Kin: ““Mançester Yunayted” sirkə çevrilib”

16 Oktyabr 2026 10:35
Baxış: 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Mançester Yunayted"in keçmiş kapitanı Roy Kin klubun hazırkı futbolçularının çıxışından narazılığını sərt ifadələrlə dilə gətirib. İrlandiyalı sabiq yarımmüdafiəçi komandanın son illərdəki nəticələrini və oyunçuların fəaliyyətini tənqid atəşinə tutub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kin İngiltərə klubunun hazırkı durumunu qəbuledilməz hesab edir və futbolçuların meydanda öz oyunları ilə danışmalı olduqlarını düşünür.

"Mançester Yunayted" sanki bir sirkə çevrilib. Artıq onların öz adlarından meydanda danışmaq vaxtı çatıb. Bu futbolçular son bir neçə il ərzində komanda üçün heç nə etməyiblər", - deyə Roy Kin bildirib.

Xatırladaq ki, "Mançester Yunayted" son qarşılaşmasında UEFA Çempionlar Liqasının ikinci turunda "Atletiko Madrid"lə üz-üzə gəlib. Maykl Karrikin rəhbərlik etdiyi komanda bu oyunda rəqibinə 0:2 hesabı ilə uduzub.

İngiltərə Premyer Liqasının turnir cədvəlində isə "Mançester Yunayted" 6 xalla 14-cü pillədə yer alıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.