İdman

Luis Fiqu Arda Güləri tərifə boğdu: “Bunu başqa futbolçuda görə bilməzsiniz”

16 Oktyabr 2026 11:55
Baxış: 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Real Madrid"in futbolçusu Arda Gülər UEFA Çempionlar Liqasında "Roma"ya qarşı matçdakı çıxışı ilə əfsanəvi futbolçu Luis Fiqunun diqqətini çəkib.

Milli.Az xəbər verir ki, portuqaliyalı keçmiş futbolçu Türkiyə millisinin üzvünün oyuna sonradan daxil olduqdan sonra komandanın qələbəsində mühüm rol oynamasını yüksək qiymətləndirib. O, Arda Gülərin həm fərdi keyfiyyətlərini, həm də komandanın oyununa təsirini xüsusi vurğulayıb.

"Bu, "Real Madrid"i təmsil edən futbolçudan gözlənilən keyfiyyətdir. Arda bu mövsüm indiyədək klubun ən yaxşı oyunçularından biri olub və meydandakı təsiri bunu göstərir", - deyə Fiqu bildirib.

Əfsanəvi futbolçu Arda Gülərin həmin axşamkı performansını son illərin ən yaxşı çıxışlarından biri kimi dəyərləndirib. Onun sözlərinə görə, gənc yarımmüdafiəçi təkcə komandasının qələbə qazanmasına kömək etməyib, həm də kollektivin oyun tempini yüksəldərək məsuliyyəti üzərinə götürüb.

Fiqu Arda Gülərin şübhə doğurmayan futbolçu olduğunu deyərək onun çıxışını xüsusi qeyd edib.

"3:1 hesabından 4:3 hesablı qələbəyə gedən yolda göstərdiyi performans inanılmazdır. O, matçın ən yaxşı oyunçusu seçilməyə layiqdir. Bu mövsüm "Real Madrid"in oyununa təsir göstərmək və komandanı çətin vəziyyətlərdən çıxarmaq baxımından Arda kimi başqa futbolçu yoxdur", - deyə o əlavə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.