Ölkə

Bu şəxslərin dövlət qulluğunda işləməsinə qadağa qoyulur

16 Oktyabr 2026 11:55
Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Din xadimlərinin dövlət qulluğu vəzifələrini tutmasına məhdudiyyət qoyulur.

Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, din xadimləri ilə yanaşı, digər dövlətin vətəndaşlığını qəbul edən və ya xarici dövlətlər qarşısında öhdəliyi olan şəxslər də dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.

Bundan başqa, müəyyən xəstəliklər səbəbindən dövlət orqanlarında qulluq keçməyə yararsız hesab edilən şəxslərin də dövlət qulluğuna qəbuluna icazə verilməyəcək.

Sənəddə digər məhdudiyyətlər də nəzərdə tutulub. Belə ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətinə malik olduğu məhkəmə qərarı ilə təsdiqlənən, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxslər də dövlət qulluğu vəzifəsini tuta bilməyəcəklər.

Həmçinin qulluq funksiyalarını və vəzifələrini yerinə yetirmədiyinə və ya lazımi qaydada icra etmədiyinə, eləcə də müəyyən edilmiş məhdudiyyətlərə əməl etmədiyinə görə dövlət qulluğuna xitam verilən şəxslərə altı ay ərzində bu sahədə işləmək qadağan ediləcək.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.