Ölkə

Ölkədə nikah və boşanmaların sayı azalıb

16 Oktyabr 2026 11:54
Baxış: 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda cari ilin ilk səkkiz ayında həm nikahların, həm də boşanmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən 26 485 nikah və 13 278 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4,6-dan 3,9-a enib. Boşanmaların göstəricisi isə 2-dən 1,9-a düşüb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.