Siyasət

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)

16 Oktyabr 2026 21:28
Baxış: 723

Son günlərdə Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sosial medialarda bəzi xəbərlərə rast gəlirik. Azərbaycan və Türkiyə bir millətin iki dövlətidir. Köklərimiz birdir, dövlətlərimiz ayrıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım Ərzincan Binəli Yıldırım Universitetində tədris ilinin açılış tədbirində deyib.

"Türkiyənin suverenlik haqları Türkiyəyə aiddir, Azərbaycanın da haqları Azərbaycana aiddir. Suverenlik haqlarına nə bizim, nə də Azərbaycanın müdaxilə etmək kimi bir mövqeyi yoxdur. Münasibətlərimizi pozmağa çalışanlar heç də həvəslənməsinlər. Bir qrup hadisələrlə keçmişdən gələn Azərbaycan-Türkiyə münasibətlərini pozmağa heç kimin gücü yetməz. Biz qardaşıq. Biz sevincdə də, kədərdə də bərabərik. Anadoluda, Qafqazda və Türküstanda keçmişdə necə böyük işlər gördüksə, bundan sonra da eynilərini görməyə davam edəcəyik", - B.Yıldırım qeyd edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.