Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya”nın premyerası keçiriləcək

17 Oktyabr 2026 10:12
Baxış: 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

24 oktyabr, saat 19:00-da Azərbaycan Dövlət Milli GəncTamaşaçılar Teatrında Klod Manyenin "Oskar" pyesi əsasında Xanım Aydının təb dili ilə işləməsində "Pullu komediya"nın premyerası keçiriləcək.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, xoreoqrafı Emil Əzizov, rejissor assistenti Nəsibə Canəliyevadır.

Səhnə əsərində Əməkdar artistlər Kəmalə Müzəffər, Mehriban Abdullayeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Mətləb Abuşov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, MüşfiqƏliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Sənan Kazım, İlhan Sadıqov, Venera Abbasova iştirak edirlər. 

Hadisələr Bakıda sabun fabriki sahibkarının ətrafında baş verir. Dinamik əhvalatlarla başlanan səhnə əsərindəki kiçiksituasiyalar ardıcıl dəyişərək tamaşaçıda müsbət emosiyalaryaradır. Evlənmək və çoxlu pul qazanmaq istəyində olan Mənfəətin qarşılaşdığı tale oyunları təkcə onun yox, digərqəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Nəticədə isə məhəbbət qalib gəlir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.