24 oktyabr, saat 19:00-da Azərbaycan Dövlət Milli GəncTamaşaçılar Teatrında Klod Manyenin "Oskar" pyesi əsasında Xanım Aydının təb dili ilə işləməsində "Pullu komediya"nın premyerası keçiriləcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Azər Hacıəsgərli, xoreoqrafı Emil Əzizov, rejissor assistenti Nəsibə Canəliyevadır.
Səhnə əsərində Əməkdar artistlər Kəmalə Müzəffər, Mehriban Abdullayeva, Nəsibə Eldarova, aktyorlar Anar Seyfullayev, Mətləb Abuşov, Nurlan Süleymanlı, Elşən Hacıbabayev, MüşfiqƏliyev, Könül Əbilova, Aygün Fətullayeva, Aydan Həsənzadə, Zümrüd Quliyeva, Fəridə Qurbanova, Mehriban Hüseynova, Sənan Kazım, İlhan Sadıqov, Venera Abbasova iştirak edirlər.
Hadisələr Bakıda sabun fabriki sahibkarının ətrafında baş verir. Dinamik əhvalatlarla başlanan səhnə əsərindəki kiçiksituasiyalar ardıcıl dəyişərək tamaşaçıda müsbət emosiyalaryaradır. Evlənmək və çoxlu pul qazanmaq istəyində olan Mənfəətin qarşılaşdığı tale oyunları təkcə onun yox, digərqəhrəmanların da gülünc vəziyyətə düşməsinə səbəb olur. Nəticədə isə məhəbbət qalib gəlir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az