Ölkə

4 gün ardıcıl iş olmayacaq

17 Oktyabr 2026 00:02
Baxış: 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir.

9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür.

Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahət günü noyabrın 10-na keçiriləcək.

Beləliklə, noyabrda 4 gün ardıcıl - 7, 8, 9 və 10 noyabrda iş olmayacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.