İdman

Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı

16 Oktyabr 2026 23:44
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Atletimiz Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində uğurla çıxış edib.

Milli.Az xəbər verir ki, AAF prezidenti Kamran Nəbizadənin də zaldan izlədiyi yarışda atletimiz 3 bürünc medal qazanıb.

75 kq çəki dərəcəsində yarışan Qasım, birdən qaldırma hərəkətində 139 kq çəkinin öhdəsindən gələrək üçüncü olub.

Təmsilçimiz təkanla qaldırma növündə də bürünc medala yiyələnib. O, bu dəfə 175 kq nəticə göstərib.

Beləliklə 2 hərəkətin cəmində 314 kq nəticəyə imza atmış atletimiz Avropa birinciliyinin bürünc medalına yiyələnib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.