Ölkə

Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - (Video)

16 Oktyabr 2026 22:56
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xırdalan-Sumqayıt xətti üzrə qatarların hərəkəti hələ də bərpa olunmayıb... Halbuki bir müddət əvvəl həmin ərazidə işlərin yekunlaşdığı və sərnişin qatarının yeni tədris ili ərəfəsində fəaliyyətini bərpa edəcəyi bildirilmişdi...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər bildirirlər ki, Xırdalan-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkətinin bərpası onların gündəlik həyatını xeyli asanlaşdırar. Onların sözlərinə görə, bu marşrutun yenidən istifadəyə verilməsi həm Sumqayıtdan Bakıya, həm də Xırdalandan Sumqayıta səfər edən sərnişinlərin yol problemini yüngülləşdirər, vaxta qənaət etmələrinə imkan yaradar:

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Xəzər Xəbər"ə  bildirilib ki, dəmir yolu infrastrukturunun vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi yoxlanılır. Xırdalan-Biləcəri sahəsində yerləşən körpüdə də qüsurlar aşkarlanıb: 

O, da qeyd edilib ki, körpüdə işlər başa çatdıqdan sonra Xırdalan-Sumqayıt marşrutu üzrə sərnişindaşıma yenidən həyata keçiriləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.