İdman

Balde “Barselona”dan gedə bilər

16 Oktyabr 2026 22:41
Baxış: 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Barselona"nın müdafiəçisi Aleksandro Balde qış transfer pəncərəsində Kataloniya klubunu tərk etməyi düşünür.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc müdafiəçi baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında az oyun şansı əldə etməsindən narazıdır.

İspaniyalı futbolçu bu mövsüm komandanın heyətində cəmi 12 dəqiqə meydanda olub. Flik sol müdafiəçi mövqeyində Joau Kanselo və Xavi Espartaya üstünlük verir. Yaranmış vəziyyətlə əlaqədar Balde artıq meneceri Xorxe Mendeş ilə ayrılıq imkanlarını müzakirə edib.

Qeyd edək ki, onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub və transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.