Ölkə

Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - (Video)

17 Oktyabr 2026 00:12
Baxış: 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rahat yaşamaq istəyən şəxs qonşuluqdakı restoranın səs-küyündən şikayətçidir.

Paytaxtın Nizami rayonu, Nəsimi küçəsində illərdi fərdi evdə yaşayan Firdovsi Vəliyev deyir ki, qonşusu evini icarəyə verib. Həmin ikimərtəbəli ev də icarəyə götürən şəxs tərəfindən restoran edilib. Daha dəqiq desək, ''Saraclı'' kimi tanınan xəngəlxana olub.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Firdovsi Vəliyev iddia edir ki, axşam düşən kimi restoranına gələn müştərilərin davranışı onların gündəlik həyatına təsir edir.

O, deyir ki, dəfələrlə evin sahibi və restoranı icarəyə götürən şəxsə irad bildirib. Amma heçnə dəyişməyib.

Vətəndaş deyir ki, oğlunu və onun ailəsini məcbur qalıb digər yerə köçürüb.

Evin restoran kimi fəaliyyət göstərməsinə kim icazə verib, sualımıza isə Nizami rayon İcra Hakimiyyətindən cavab aldıq.

Qurumdan bildirilib ki, vətəndaşın müraciəti araşdırılıb. Məsələ ilə bağlı qanuna müvafiq tədbirin görülməsi üçün aidiyyatı qurumlara müraciət ediləcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.