Dünya

Trampdan diqqətçəkən açıqlama: “Bu, müharibə deyil”

17 Oktyabr 2026 09:07
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişənin Amerika ordusu üçün o qədər asan olduğunu bildirib ki, bunun müharibədən çox hərbi təlimlərə bənzədiyini vurğulayıb.

Bu barədə ABŞ Prezidenti Corciya ştatında Respublikaçıların seçkiqabağı mitinqində çıxışı zamanı deyib.

"Bu, müharibə deyil, sadəcə təlimlərdir, təlimlər", - deyə D. Tramp bildirib.

Qeyd edək ki, sentyabr ayında Pentaqon Konqresə İrana qarşı hərbi əməliyyatlara 45,1 milyard dollar xərcləndiyi barədə hesabat təqdim edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.