Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyalı psixoloq Sergey Lanq təkrarlanan və narahatedici yuxuların öhdəsindən necə gəlmək barədə danışıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssis bu barədə Aif.ru-ya müsahibəsində məlumat verib.
Onun fikrincə, bunun üçün atılmalı ilk addım görülən yuxunu başqalarına danışmamaqdır.
"Birinci əsas qayda yuxunu yenidən yaşamamaq üçün onu heç kimə danışmamaqdır. Sizi dinləyən hər kəs "Sonra nə oldu? Necə oldu? Yuxu nə ilə bitdi? Özünü necə hiss etdin?" kimi dəqiqləşdirici suallar verə bilər. Nəticədə insan həmin anları yenidən yaşamağa başlayır", - deyə psixoloq izah edib.
İkinci mühüm məsləhət isə pis yuxuya görə şəxsi planları dəyişməməkdir. Lanq qeyd edib ki, insanlar narahatedici yuxu gördükdən sonra çox vaxt əvvəlcədən planlaşdırdıqları işlərdən imtina edirlər.
"Gününüzü əvvəlcədən planlaşdırdığınız kimi keçirməyə çalışın. Məsələn, yuxuda maşın altında qaldığımı görürəm və evdə qalaraq heç yerə getməmək qərarına gəlirəm. Bu, ən yanlış addımdır. Bununla siz yuxunu həyatınıza təsir edən əhəmiyyətli, fundamental bir hadisəyə çevirirsiniz. Etməli olduğunuz işləri mütləq görün. Beləliklə, yuxunuzu əhəmiyyətsiz bir hala gətirmiş olacaqsınız", - deyə mütəxəssis xəbərdarlıq edib.
Buna görə də əsas tövsiyə planlaşdırılan işlərdən geri çəkilməməkdir. Psixoloqun sözlərinə görə, bu yanaşma təkrarlanan yuxunun mütləq hansısa məna daşıdığına dair inamı aradan qaldırmağa kömək edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
XƏBƏR LENTİ
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Pasiyenti döydüyü iddia edilən sanitar danışdı - (Video)
-
Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir





