Texnologiya

IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu

17 Oktyabr 2026 21:39
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fikir çəkmə, telefona çək!

IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasimi 20 oktyabr tarixində keçiriləcək. Bu barədə festivalının təsisçisi və direktoru, aktyor Ruslan Sabirli məlumat verib: "IV CINEMO Beynəlxalq Mobil Film Festivalı çərçivəsində qaliblərin adları Nizami Kino Mərkəzində 20 oktyabr tarixdə Mükafatlandırma Mərasimində açıqlanacaqdır".

Xatırladaq ki, festivalda beynəlxalq və yerli nominasiyalar mövcuddur:

  • Beynəlxalq: Ən yaxşı tammetrajlı film, Ən yaxşı qısametrajlı film, Ən yaxşı Süni Zəka filmi, Ən yaxşı sənədli film, Ən yaxşı eksperimental film, Ən yaxşı şaquli film, Ən yaxşı tələbə filmi, Ən yaxşı sosial çarx, Ən yaxşı musiqi çarxı, Ən yaxşı vloq.
  • Yerli (yalnız Azərbaycan): Ən yaxşı qısametrajlı film, Ən yaxşı Süni Zəka filmi, Ən yaxşı sənədli film, Ən yaxşı eksperimental film, Ən yaxşı şaquli film, Ən yaxşı tələbə filmi, Ən yaxşı sosial çarx, Ən yaxşı musiqi çarxı, Ən yaxşı vloq.

SBRLY tərəfindən keçirilən "Fikir çəkmə - telefona çək" (Don't moan - shoot on phone!) sloqanlı CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir. İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az и Azernews.az

Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com

Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:

Email: [email protected]

Facebook: https://www.facebook.com/cinemoff

Instagram: https://www.instagram.com/cinemoff/

 İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.