Texnologiya

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

15 Oktyabr 2026 08:08
Baxış: 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İrlandiyanın Maynoos Universitetinin alimləri elektrik enerjisinə ehtiyac duymadan riyazi hesablamalar apara bilən DNT kompüteri hazırlayıblar.

Milli.Az xəbər verir ki, sistem ənənəvi silikon çiplər əvəzinə DNT zəncirlərindən istifadə edir.

Kompüter su, duz və xüsusi DNT fraqmentlərindən ibarət maye mühitdə işləyir. Qarışığın qızdırılıb soyudulmasından sonra DNT zəncirlərinin qarşılıqlı təsiri hesablamaların aparılmasını təmin edir.

Sınaqlar zamanı sistem 25 müxtəlif hesablamanı uğurla yerinə yetirib. Texnologiyanın gələcəkdə məlumatların saxlanması, tibb və canlı hüceyrələrdə xəstəliklərin aşkarlanması sahələrində istifadə oluna biləcəyi bildirilir. (lent.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.