Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil.
Milli.Az xəbər verir ki, qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir.
"Dual-Channel Acceleration" adı ilə də tanınan bu imkan telefonun eyni vaxtda iki Wi-Fi bağlantısından istifadə etməsinə şərait yaradır. Məsələn, cihaz routerin 2,4 və 5 GHz tezlik diapazonlarına qoşula bilir.
Bu funksiya məlumatların daha sürətli ötürülməsinə və bağlantının daha sabit olmasına kömək edə bilər. Xüsusilə onlayn oyun oynayarkən, video izləyərkən və internetin kəsilmədən işləməsi vacib olan digər hallarda faydalıdır.
Lakin iki bağlantının eyni vaxtda işləməsi telefonun enerji sərfiyyatını artıra bilər. Nəticədə batareyanın enerjisi daha tez tükənə bilər.
Təxminən 2019-cu ildən Android telefonlarında görünməyə başlayan bu funksiya daha çox Çin istehsalçılarının modellərində yayılıb. Ona OnePlus, Xiaomi, Oppo, Vivo və Realme markalarının bəzi telefonlarında rast gəlmək mümkündür.
Bununla belə, telefonun bu funksiyanı dəstəkləməsi onun bütün tətbiqlərdə işləyəcəyi demək deyil. Bu, cihazın modelindən və proqram təminatından asılıdır.
Yəni ekranda ikinci Wi-Fi işarəsinin görünməsi adətən narahatlıq üçün səbəb deyil. Çox vaxt bu, telefonun daha sürətli və sabit internet bağlantısı yaratmaq üçün iki Wi-Fi bağlantısından istifadə etdiyini göstərir. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Telefon suya düşəndə bu 4 səhvi etməyin
-
İnstaqramda hekayələr üçün yeni funksiya
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc
-
Mayli Sayrus ailə qurdu
-
Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)
-
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - (Foto/Video)
-
İcra başçısı bazarda satıcıya: "Haqqınızı halal edin" - (Video)
-
Şəmkirdə evdən 66 yaşlı qadının meyiti tapıldı
-
Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə “Konyaspor”u məğlub edib
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi





