İdman

Çempionlar Liqası matçını buraxacaqlar

18 Oktyabr 2026 22:00
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Barselona" Çempionlar Liqasının əsas mərhələsində PSJ ilə qarşılaşma öncəsi müdafiə xəttində problemlə üzləşib.

Milli.Az xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, kataloniyalıların müdafiəçiləri Erik Qarsiya və Jül Kunde zədə səbəbindən sözügedən matçı buraxacaqlar.

Qarsiya "Betis"lə La Liqanın 9-cu turunun oyununda (5:2) budunun düz əzələsindən zədə alıb. İspaniyalı müdafiəçinin bərpasının bir aya qədər davam edəcəyi gözlənilir.

Kunde isə topuq bağlarının dartılması səbəbindən sıradan çıxıb. Onun oktyabrın 25-də "Real"la keçiriləcək oyunda iştirakı bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, "Barselona" oktyabrın 20-də PSJ-ni qəbul edəcək. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.