Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib.
Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarında tələb olunan bacarıqlar barədə fikirlərini bölüşüb. O, həmçinin 35 ildən artıq beynəlxalq idarəetmə təcrübəsindən nümunələr gətirərək karyera inkişafı, liderlik və dəyişən biznes mühitində çevik düşüncənin əhəmiyyətindən danışıb.
"Texnologiyanın sürətlə dəyişdiyi bir dövrdə uğurun əsas şərtlərindən biri daim öyrənməyə və yeniliyə açıq olmaqdır. Bu gün universitet auditoriyalarında təhsil alan gənclər sabah yeni texnologiyaların və biznes modellərinin yaradılmasında mühüm rol oynayacaqlar. Biz Bakcell olaraq gənclərlə bilik və təcrübə paylaşımını, onların innovativ düşüncə və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləməyi vacib hesab edirik" , - deyə Bakcell-in baş icraçı direktoru Qunnar Panke bildirib.
Tədbirin sonunda tələbələr Qunnar Pankeyə karyera, liderlik, telekommunikasiya sektorunun gələcəyi və süni intellektin yaratdığı imkanlarla bağlı suallarını ünvanlayıblar.
ADA Universitetinin "Senior Talks" layihəsi müxtəlif sahələr üzrə yüksəksəviyyəli rəhbərləri və təcrübəli peşəkarları tələbələrlə bir araya gətirərək onların real biznes təcrübəsi, liderlik yanaşmaları və karyera inkişafı ilə bağlı biliklər əldə etməsinə imkan yaradır.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
DİGƏR XƏBƏRLƏR
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu
-
Oktyabr pensiyaları bu tarixdə ödəniləcək - Rəsmi
-
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - (Foto)
-
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub - (Foto)
XƏBƏR LENTİ
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu
-
Oktyabr pensiyaları bu tarixdə ödəniləcək - Rəsmi
-
“Barselona”da PSJ ilə oyun öncəsi 4 itki
-
Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
-
Canlı yayım zamanı rahibin başına xaç düşdü, öldü - (Video)
-
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - (Foto)
-
Yanacağın bahalaşması fonunda aviaşirkətlər "çətin günlər"ə hazırlaşır - FT
-
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub - (Foto)
-
Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)
-
Oğurlanan ianələr, yumruq atan imamlar: Türkiyə məscidlərində nələr baş verir?
-
Üç prezident hökmdən kənarda: Ermənistanla sülh niyə otuz illik işğal işini bağlamır
-
Prezident bu şəxsləri təltif etdi - Sərəncam
-
Qeydiyyatdan keçən yeni dərmanlar: Onkoloji preparatlar da siyahıdadır
-
Ebru Gündeş yenə cərrah bıçağı altına yatdı - Yeni görünüşü - (Foto)
-
Şikayətçini və çəkliş qrupunu təhqir edən rəis işdən çıxarıldı (Video)
-
Madrid klubu Serxio Ramosa "elçi düşdü"
-
Polşa mətbuatı Transxəzər fiber-optik kabel layihəsindən yazdı
-
"Sabah" - "Borussiya" oyununa satılan biletlərin sayı açıqlandı
-
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?
-
Azərbaycan çempionatında azarkeş rekordu
-
İntensiv yağış yağacaq - Proqnoz verildi







.webp)
