Ölkə

Şikayətçini və çəkliş qrupunu təhqir edən rəis işdən çıxarıldı (Video)

19 Oktyabr 2026 13:46
Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Şəmkir Su və Melorasiya Sistemləri idarəsinin rəisi Alim Abbasov işdən azad edilib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, A.Abbasovun yerinə təyinat da baş tutub. Belə ki, Şəmkir Su və Melorasiya Sistemləri idarəsinin rəisi vəzifəsinin icrası Müşfiq Mehdixanova həvalə olunub.

Qeyd edək ki, A.Abbasov bir neçə gün əvvəl idarəyə çəklişlə birgə şikayətə gələn vətəndaşı və eyni zamanda çəkliş qurupunu təhqir edərək qovmuşdu. Bundan sonra həmin görüntülər sosial şəbəkələrdə geniş yayılmışdı. 

Xüsusi vurğulayaq ki, məsələ ilə bağlı videokadrlarda görünən "MillTv" kanalının və mikrafonun bizim Milli.Az Xəbər Portalı ilə heç bir əlaqəsi yoxdur. Tez-tez bu kanalın fəaliyyəti ilə bağlı bizim redaksiyamıza da müraciətlər edilir. Sözügedən kanalın adı ilə Milli.Az Xəbər Portalının adında birə-bir oxşarlıq olsa da, tamamilə ayrı-ayrı media subyektləridir. 

Müəllif: Asif Mehman (Milli.Az Baş redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.