Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirinin müavini təyin edilib.
Milli.Az xəbər verir ki, bununla da Baş nazirin müavinlərinin sayı 4-ə çatıb.
Hazırda Baş nazirin birinci müavini Yaqub Eyyubovdur.
Baş nazirin müavinləri Şahin Mustafayev və Samir Şərifovun sırasında Teymur Musayev də əlavə edilib.
Teymur Yusif oğlu Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. O, ixtisasca həkim-uroloqdur və tibb elmləri namizədi elmi dərəcəsinə malikdir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə səhiyyə naziri vəzifəsinə təyin edilib.
Teymur Musayev 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş Konsulluğunun nəzdində fəaliyyət göstərən 1 saylı orta məktəbdə, 1981-1987-ci illərdə isə Bakı şəhəri 189 saylı orta məktəbdə təhsil alıb və məktəbi medalla bitirib. O, 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsinə daxil olub və 1993-cü ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsil aldığı dövrdə Azərbaycan Tibb Universitetinin Tələbə Elmi Cəmiyyətinin fəal üzvü olub.
Musayev 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 4 aprel 2001-ci il tarixli Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri namizədi elmi dərəcəsini alıb. O, 2003-2004-cü illərdə Fransanın Strasburq I Universitetində laparoskopik cərrahiyyə ixtisası üzrə diplom kursunda iştirak edib. 2013-2015-ci illərdə "Riga International School of Business and Economics" və "Riga Stradins University" universitetlərinin birgə magistratura proqramında təhsil alıb və 2015-ci ilin mayında səhiyyənin idarə edilməsi üzrə magistr dərəcəsinə yiyələnib.
Teymur Musayev əmək fəaliyyətinə Səhiyyə Nazirliyinin təyinatı ilə Bakı şəhəri 16 saylı poliklinikada həkim-uroloq kimi başlayıb və 1994-1997-ci illərdə sahə həkim-uroloq vəzifəsində çalışıb. 1997-2001-ci illərdə "H.T.P.-hi tec Pharm Israel" klinikasının Bakı filialında tibbi direktor və həkim-uroloq kimi fəaliyyət göstərib. 2001-2003-cü illərdə "Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq" proqramının direktor müavini vəzifəsini tutub.
O, 2003-2006-cı illərdə "Baku City Hospital" özəl tibb mərkəzində həkim-uroloq kimi işləyib. 2006-2015-ci illərdə "N.Tusi adına Klinika"da həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim və tibbi direktor vəzifələrində çalışıb. 2015-2016-cı illərdə "Baku Dobromed Hospital" özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016-2019-cu illərdə "Chenot Palace Gabala" kurortoloji mərkəzində tibbi direktor vəzifəsini icra edib, daha sonra isə "Spero Hospital" özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.
Teymur Musayev 2020-ci ilin aprelindən 2021-ci ilin aprelinədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2021-ci il tarixli sərəncamı ilə səhiyyə nazirinin birinci müavini təyin edilib və səhiyyə nazirinin səlahiyyətlərinin icrası ona həvalə olunub.
Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2022-ci il tarixli sərəncamı ilə Teymur Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Prezidentin 16 fevral 2024-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Nazirlər Kabinetinin tərkibində də o, səhiyyə naziri kimi göstərilib.
Teymur Musayevin peşəkar fəaliyyəti klinik tibb, tibbi müəssisələrin idarə edilməsi və səhiyyə sisteminin dövlət səviyyəsində təşkili istiqamətlərini əhatə edir. O, həkim-uroloq kimi əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif özəl tibb müəssisələrində rəhbər vəzifələrdə çalışıb, daha sonra Səhiyyə Nazirliyində rəhbər vəzifələr tutaraq səhiyyə naziri vəzifəsinə qədər yüksəlib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
DİN məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi
-
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
-
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
-
Yeni səhiyyə naziri kimdir? - Dosye
-
Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
XƏBƏR LENTİ
-
Azərbaycan çempionatında azarkeş rekordu
-
İntensiv yağış yağacaq - Proqnoz verildi
-
Azərbaycanda zəlzələ oldu - (Yenilənib)
-
Avropa İttifaqı Ermənistandan gələn məhsulu qadağan etdi
-
Türkiyədə güclü yağışların ağır nəticələri: 6 nəfər həyatını itirdi
-
Rusiya Kiyev metrosuna zərbə endirdi - Ölən var
-
DİN məktəb direktorunun avtomobilinin qəsdən yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi
-
Sindi Kroufordun vəfat edən oğlu ilə bağlı ilk paylaşımı - (Foto)
-
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
-
Baş nazirin müavini təyin edilən Teymur Musayev kimdir? - Dosye
-
Yeni səhiyyə naziri kimdir? - Dosye
-
Teymur Musayev Baş nazirin müavini təyin edildi - Sərəncam
-
Anar Bayramov səhiyyə naziri təyin edildi
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyində - Fərman
-
Maqsud Babayev vəfat etdi
-
Şamaxıda 7 yaşlı uşaq su ilə dolu bidona düşərək öldü
-
Azərbaycanın son 1 ildə Ermənistana satdığı məhsullar - Siyahı
-
Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Bakıda narkotikin təsiri altında sükan arxasına keçən sürücü həbs edildi - (Video)
-
Zeytun Festivalının konsert proqramı açıqlanıb
-
Tyerri Anri: "Arda Gülər sadəcə dahidir”
-
Hərbçimiz ürəyindən əməliyyat olundu - (Video)
-
"Koroğlu" stansiyasında nə baş verir?
-
Pensiya alanlara şad xəbər - Əlavə pul veriləcək





