Cəmiyyət

Azərbaycanda yumurta bahalaşdı

19 Oktyabr 2026 16:24
Baxış: 798
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda kənd yumurtasının qiyməti ötən illə müqayisədə artıb. Satıcıların sözlərinə görə, hazırda kənd yumurtası 35-40 qəpiyə satılır.

Milli.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Ucar və Tovuz sakinləri qiymət artımını daşınma xərcləri, vasitəçilərin qazancı və payız mövsümündə toyuqların daha az yumurtlaması ilə əlaqələndirirlər.

Bakıda isə ferma yumurtası 16-25 qəpik, kənd yumurtası 35-40 qəpik arasında dəyişir. Satıcılar kənd yumurtasının az olması səbəbindən ona tələbatın yüksək olduğunu bildirirlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.