Cəmiyyət

Sükan arxasında bu səhvlərə yol verməyin

19 Oktyabr 2026 16:55
Baxış: 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Manevretmə qaydalarının pozulması nəticəsində qəza riski yaranır, yol-nəqliyyat hadisəsi baş verir, ölən və xəsarət alanlar olur. Bir sözlə, istənilən yanlış manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır. 

Bəs manevretmə qaydalarının pozulması zamanı qəzalar necə baş verir?

Milli.Az xəbər verir ki, bəzi sürücülər dönməzdən və zolaq dəyişməzdən əvvəl ya təhlükəsizlik tədbirləri görmürlər, ya da işıq siqnallarını yandırmaqla üstünlüyün onlarda olduğunu düşünürlər. Yanılırlar!
 Sürücülərin bir qismi ümumiyyətlə manevretmə zamanı işıq və səs siqnallarından istifadə etmirlər.

Sürücü diqqətsizliyi və qaydaların kobud şəkildə pozulması yol-nəqliyyat hadisələrinin baş verməsinə və digər hərəkət iştirakçılarının da ölüm və xəsarət almasına səbəb olur.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən məsuliyyətli davranmağı və manevr edərkən qaydalara əməl etməyi xahiş edir.

Qeyd edək ki, 1 nəfərin ölümü ilə nəticələnən bu hadisə ötən gün paytaxtın Xətai rayonu, Gəncə prospektində baş verib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.