308 min hektardan çox torpaq minalardan təmizləndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 308 hektardan çox ərazi minalardan təmizlənib.
Bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun növbəti iclası Cəbrayıl rayonunda keçirilib.
Cəbrayıl rayonuna səfər çərçivəsində, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri ANAMA tərəfindən Cəbrayıl rayonu Həsənli kəndi və minatəmizləmə fəaliyyətinə cəlb edilən yerli şirkət tərəfindən Cəbrayıl rayonu Quycaq kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar. İşçi qrup üzvləri görülən işlərin gedişatını müşahidə edib, ərazinin relyefinə uyğun tətbiq olunan metod və texnologiyalar barədə məlumatlandırılıblar.
Sahə tanışlığından sonra Cəbrayıl şəhərində İşçi qrupun növbəti iclası baş tutub.
Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda çıxış edərək işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, minatəmizləmə fəaliyyətinin səmərəli təşkili, aidiyyəti qurumlar arasında koordinasiyalı işin icrası və ərazilərin təhlükəsiz istifadəsinin təmin olunması məqsədilə birgə səylərin vacibliyini qeyd edib. Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 100 930 hektar olmaqla, ümumilikdə 308 945 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 267 932 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Təhlükəsizliyin təmin olunması məqsədilə keçmiş təmas xətti boyu mina və digər partlayıcı susatlarla yüksək səviyyədə çirklənmiş 412 km ərazidə çəpərlənmə işləri həyata keçirilib.
İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin uğurla davam etdirilməsində minatəmizləmə fəaliyyətinin mühüm rol oynadığını bildirib. O, torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin əhalinin təhlükəsizliyinin təmin olunması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsi, eləcə də infrastruktur və iqtisadi layihələrin səmərəli icrası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
İşçi Qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. İclasda, həmçinin mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına riayət edilməsinin vacibliyi vurğulanıb, çəpərlənmiş ərazilərə müdaxilə hallarının potensial riskləri və mənfi təsirləri və onların qarşısının alınması yolları müzakirə olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)
-
Xəzər dənizinin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
-
Azərbaycanda zəlzələ oldu - (Yenilənib)
XƏBƏR LENTİ
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)
-
Putin, Tramp və Si Cinpin yaxın zamanda görüşə bilər
-
Sükan arxasında bu səhvlərə yol verməyin
-
Xətai rayonundakı ağır qəza kameralara düşdü - (Anbaan video)
-
İlyas Yalçıntaş 10 il həbs oluna bilər
-
Azərbaycanda yumurta bahalaşdı
-
Toy günü bəylə gəlinin rəqsi viral oldu – (Video)
-
Fransada Makron siyasəti: Xalqla hakimiyyət arasında dərinləşən uçurum
-
Bu avtobusun son dayanacağı dəyişdirildi
-
"44" filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaqlar
-
Məhkəmədən Adnan Əhmədzadə ilə bağlı qərar
-
Ən az enerji sərf edən elektromobil bəlli oldu
-
Oktyabr pensiyaları bu tarixdə ödəniləcək - Rəsmi





