Cəmiyyət

Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)

19 Oktyabr 2026 23:06
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Çalışmaq lazımdır. İşləmək, həyatda mübarizə aparmaq lazımdır. Bu gün mən əlimi cibimə qoyum ki, mənə hardansa, kimsə pul verəcək? Yox, olmayacaq".

Milli.Az xəbər verir ki, bu sözləri Birinci Qarabağ Müharibəsi zamanı sol qolunu itirən Taleh Bəşirov deyib.

Onun 44 yaşı var, 16 yaşı olanda Qazaxda mina partlayışı zamanı qolunu itirib və hazırda dəmirçi işləyir.

O, bildirib ki, ilk dəfə tikintiyə iş üçün yaxınlaşanda deyiblər ki, bir qolunla səni hara işə götürəcəklər:

"Dedim ki, 3 gün gəlim işləyim, bəyənməsəniz pulu sizdən götürməyəcəyəm. 2 nəfər fəhlə mənə çata bilmirdi. Qucaqlayıb məni dedi ki, sənə 2 şirvan yarım pul verəcəm. Həmin vaxt 1 fəhlə 1 şirvan yarım pul alırdı. O qədər sevindim ki. Bağ atmaqdan ötrü qolum üçün avadanlıq düşündüm. 2002-ci ildən dəmirçi işləyirəm. Tikintiyə aid olan hər işi bacarıram".

Daha ətraflı Xəzər TV-nin süjetində:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.