"Sabah"la matçın favoriti bizik" - "Borussiya"nın baş məşqçisi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda "Sabah"la qarşılaşacaq Almaniyanın "Borussiya" (Dortmund) klubunun baş məşqçisi Niko Kovaç oyundan öncə fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, mütəxəssis ilk olaraq komandasının qarşılaşmaya hazırlığı barədə danışıb:
"İkinci dəfədir Azərbaycandayam. Bura gözəl və qonaqpərvər ölkədir. Rəqib barədə lazımi məlumatlarımız var və oyuna uyğun hazırlaşmışıq. Bəzi detalları futbolçulara çatdırmağa vaxtımız olmayıb. Hər şey sabah bəlli olacaq".
- Sabahkı oyun barədə nə düşünürsünüz?
- Hələ əldə edə bilmədiyimiz bəzi məqamlar var. Futbolçularımıza bir qədər sürət lazımdır. Bunun üzərində işləyirik. Sabah yaxşı nəticə qazanmaq üçün hücum etməliyik. Oyun həqiqətən çətin olacaq. Sürətli olmalı, malik olduğumuz keyfiyyətləri maksimum dərəcədə nümayiş etdirməliyik. Sabah qalib gəlməliyik.
- "Sabah" barədə fikirləriniz necədir?
- Valdas Dambrauskası çoxdan tanıyıram. 2017-ci ildə yaradılmış komandaya qarşı oynayacağıq. Rəqibin gücünü anlayırıq. Özümüzə inanmalı və keyfiyyətimizi meydanda göstərməliyik. "Sabah"a böyük hörmətlə yanaşırıq, amma cütün favoriti olduğumuzu da anlayırıq. Buna görə sabah qələbə qazanmalıyıq. Motivasiyamız yüksəkdir.
- Komandanızın son oyunlarda qələbə qazana bilməməsi barədə nə deyə bilərsiniz?
- Mən gələndə komanda turnir cədvəlində 11-ci yerdə idi. Bu vəziyyətləri müqayisə etmək olmaz. "Verder"lə oyunda üstünlük bizdə idi. Lazımi keyfiyyətlərə sahibik. İnanıram ki, qarşıdakı matçda qalib gələcəyik. Bununla yanaşı, bütün rəqiblərimizə hörmətlə yanaşırıq.
Qeyd edək ki, "Sabah" - "Borussiya" görüşü oktyabrın 20-də Bakıda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Sabah"la matçın favoriti bizik" - "Borussiya"nın baş məşqçisi
-
"Sabah"a görə bu marşrutların istiqaməti dəyişdirilir
-
Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
“Barselona”da PSJ ilə oyun öncəsi 4 itki
-
Madrid klubu Serxio Ramosa "elçi düşdü"
XƏBƏR LENTİ
-
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
-
Uşaq Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək
-
Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib
-
"Sabah"la matçın favoriti bizik" - "Borussiya"nın baş məşqçisi
-
"Sabah"a görə bu marşrutların istiqaməti dəyişdirilir
-
Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma
-
Sabah Astarada qaz olmayacaq
-
Rusiya Xarkova zərbə endirib, 6 nəfər ölüb
-
Azərbaycan və BƏƏ hərbi hava qüvvələri arasında əməkdaşlığın inkişafı müzakirə olunub - (Foto)
-
Türkiyə milli komandası Sergen Yalçına tapşırılır?
-
Məşhurlar Dubayda toyda - (Video)
-
Qazaxda 35 yaşlı kişini ildırım vurub
-
Zaur Rzayevin son vəziyyəti açıqlandı
-
Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - (Foto)
-
Dövlət əleyhinə çağırışlara görə daha 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - (Foto)
-
Süni qidalar gündəlik həyatımıza daxil olur: Nələrə diqqət etməliyik?
-
Pakistan və Türkiyə nümunəsi - Təmənnasız və təmənnalı qardaşlıq
-
DTX maşınların yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
-
308 min hektardan çox torpaq minalardan təmizləndi
-
Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı
-
Rusiyanın itkiləri yeniləndi
-
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb
-
Xumar Qədimovanın görüntüsü müzakirə yaratdı - (Video)





