Dünya

Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)

19 Oktyabr 2026 23:42
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Peruda sərnişinləri olan təyyarə havaya qalxmağa hazırlaşarkən alovlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda "Shot" teleqram kanalının məlumat yayıb.

Belə ki, Limadakı Xorxe Çaves adına Beynəlxalq Hava Limanından havaya qalxmağa hazırlaşan "LATAM Airlines" şirkətinə məxsus "Airbus A320" təyyarəsinin sol mühərrikindən qəfil alovlar çıxmağa başlayıb.

Həmçinin partlayış səslərinin eşidildiyi bildirilir. Ekipaj üzvləri dərhal bütün sərnişinləri təxliyə ediblər.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Yanğının səbəbi hələlik açıqlanmayıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.