Cəmiyyət

Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama

20 Oktyabr 2026 15:43
Baxış: 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən Elzar Yusubov küçəsinin bərbad vəziyyətdə olması sakinlər üçün ciddi problemlər yaradır. Yolun uzun müddətdir təmir edilməməsi ərazidə yaşayan insanların gündəlik hərəkətini çətinləşdirir.

Milli.Az xəbər verir ki, sakinlər bildiriblər ki, xüsusilə yağışlı günlərdə küçədə hərəkət etmək müşkülə çevrilir. Yolda yaranan palçıq və gölməçələr həm piyadaların, həm də avtomobillərin gediş-gəlişinə mane olur.

Sakinlərin sözlərinə görə, ərazidə 6 mindən çox insan yaşayır. Yolun yararsız vəziyyətdə olması xüsusilə xəstələrin daşınması zamanı çətinlik yaradır. Onlar qeyd edirlər ki, bəzi hallarda təcili tibbi yardım maşınları və taksilər ünvana çatmaqda çətinlik çəkirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, məhəllədaxili yollar yerli icra hakimiyyəti orqanlarının balansındadır. Problemlə əlaqədar aidiyyəti qurumun açıqlama verəcəyi qeyd olunub.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.