Maraqlı

16 yaşlı hindistanlının dişi gözündən çıxdı

20 Oktyabr 2026 14:18
Baxış: 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hindistanda həkimlər qeyri-adi tibbi hadisə ilə qarşılaşıblar. 16 yaşlı yeniyetmənin sol gözünün yuxarı qapağında yaranan şişkinliyin səbəbi müayinələrdən sonra məlum olub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ilkin mərhələdə ağrı verməyən şişkinlik təxminən bir ay ərzində böyüyüb. Daha sonra həmin nahiyədə iki iti, ağ çıxıntı görünməyə başlayıb.

Kompüter tomoqrafiyası zamanı çıxıntıların göz yuvasının yuxarı hissəsində yerləşən və qeyri-adi yerdə inkişaf edən kəsici dişə aid olduğu müəyyən edilib. Həkimlər göz qapağının daxili səthində dişin tacını və kökünü xatırladan sərt quruluş aşkarlayıblar.

Müayinələrin nəticələrinə əsasən, kütlə göz yuvasının yuxarı divarından göz qapağının toxumalarına doğru uzanaraq səthə çıxıb.

Həkimlər həmin quruluşu cərrahi əməliyyatla çıxarıblar. Əməliyyatdan sonra aparılan araşdırma onun tam formalaşmış kəsici diş olduğunu təsdiqləyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.