Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ələtdə hava limanının tikintisi və logistika imkanlarının genişlənməsi daşınmaz əmlakın satış və kirayə qiymətlərini artıra bilər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc deyib.
Onun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasının inkişafı ilk növbədə qeyri-yaşayış sahələrinə tələbatı artıracaq. Ərazidə istehsal, logistika, anbar və xidmət obyektlərinin genişlənməsi bu sahələrin qiymətlərinə təsir göstərəcək.
"Azad iqtisadi zonada təqdim olunan imtiyazlar həm xarici investorların, həm də yerli şirkətlərin marağını artırır. Biznes fəaliyyətinin genişlənməsi ilə logistika mərkəzlərinə, anbarlara və yükdaşıma xidmətləri üçün nəzərdə tutulan obyektlərə tələbat yüksələcək. İlkin mərhələdə qeyri-yaşayış sahələrinin qiymətlərində təxminən 30 faiz artım proqnozlaşdırırıq. Uzunmüddətli perspektivdə isə bu obyektlərin qiymətləri indiki səviyyə ilə müqayisədə 2-2,5 dəfə arta bilər", - deyə o bildirib.
V.Oruc vurğulayıb ki, qiymət artımının birdən-birə baş verəcəyi gözlənilmir. Bu proses layihələrin icra tempindən və ərazidə iqtisadi fəallığın yüksəlməsindən asılı olacaq.
Ekspertin sözlərinə görə, hava limanının yükdaşımalar üçün 2027-ci ilin mart-aprel aylarında hazır olmasının planlaşdırılması daşınmaz əmlak bazarı üçün mühüm amildir. O qeyd edib ki, ilkin mərhələdə təxminən 500 min ton yükün daşınması, sonrakı dövrdə isə bu həcmin bir neçə dəfə artırılması nəzərdə tutulur.
"Yeni müəssisələrin fəaliyyətə başlaması və işçi qüvvəsinin əraziyə cəlb olunması yaşayış sahələrinə, xüsusilə kirayə mənzillərə tələbatı artıracaq. İlkin dövrdə kirayə qiymətlərində 20-25 faiz artım gözləyirik. Layihələr nəzərdə tutulan qaydada həyata keçirilərsə, uzunmüddətli perspektivdə hazırda 250-300 manata kirayə verilən mənzillərin aylıq kirayə haqqı 600-700 manata, bəzi hallarda isə 800 manata çata bilər", - deyə AQC sədri əlavə edib.
V.Oruc hava limanına və iqtisadi zonaya yaxın torpaq sahələrinin də bahalaşacağını proqnozlaşdırıb. Onun qiymətləndirməsinə görə, ilkin mərhələdə bu sahələr üzrə təxminən 20 faiz artım mümkündür. Yerləşmə və infrastruktur imkanlarından asılı olaraq ayrı-ayrı ərazilərdə artım daha yüksək ola bilər.
"Məsələn, hazırda bir sotu 4 min manat olan torpaq sahəsinin qiyməti layihələrin ilkin təsiri ilə 5,5 min manatadək yüksələ bilər. Ərazi inkişaf etdikcə və layihələr istismara verildikcə daha yüksək artım da mümkündür. Bu tendensiya fərdi yaşayış evləri, kotteclər və mənzillərin qiymətlərinə də təsir göstərəcək", - deyə o qeyd edib.
Ekspert hesab edir ki, Ələtin iqtisadi mərkəzlərdən birinə çevrilməsi ərazinin investisiya cəlbediciliyini gücləndirə bilər. Bu halda uzunmüddətli perspektivdə daşınmaz əmlak qiymətlərinin Bakının bir sıra rayonlarındakı orta qiymət səviyyəsinə yaxınlaşması mümkündür.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
-
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
-
Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
-
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək
XƏBƏR LENTİ
-
Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama
-
Ermənistanın sabiq prezidentinin həbs müddəti ilə bağlı qərar
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı - (Video)
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı
-
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
-
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
-
Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
-
Xalq artisti vəsiyyətini açıqladı: Bütün var-dövlətini ona verəcək - (Video)
-
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək
-
“Real” Mourinyonu istefaya göndərə bilər
-
Məşhur restoranda yoxlama keçirildi
-
16 yaşlı hindistanlının dişi gözündən çıxdı
-
Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi
-
Nəfəsdən ailəsi ilə bağlı üzücü xəbər - (Video)
-
"Mançester Yunayted" və "Liverpul" onun uğrunda mübarizə aparır
-
Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
-
Kamran Əliyevdən yeni təyinatlar
-
Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi
-
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - (Foto)
-
Şəki Xan Sarayına kimlər daha çox gedir: Yerli, yoxsa xarici turistlər?
-
“Navai” azadlığa buraxıldı
-
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz





