İdman

Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

20 Oktyabr 2026 12:00
Baxış: 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu ona verilən cəzanın yüngülləşdirilməsini istəyib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı futbolçu Portuqaliya Futbol Federasiyasına müraciət edərək futbolun inkişafına verdiyi töhfələri və idman karyerasındakı nailiyyətlərini əsas gətirib.

Ronaldu UEFA Millətlər Liqası çərçivəsində Norveç yığması ilə keçirilən və Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra milli komandanın düşərgəsini icazəsiz tərk edib. Bu hadisədən sonra federasiya hücumçunu bir aylıq cəzalandırıb və 255 avro məbləğində cərimələyib.

Futbolçu müraciətində cəzanın yüngülləşdirilməsi üçün üç məqamı önə çəkib. Bunlar futbolun inkişafına verdiyi töhfə, idman uğurları və hadisə ilə bağlı həqiqətin üzə çıxarılmasında oynadığı rol olub.

Portuqaliya Futbol Federasiyası ilk iki arqumenti nəzərə alsa da, üçüncü əsaslandırmanı qəbul etməyib. Qurum bildirib ki, hadisənin əsas detalları artıq ictimaiyyətə məlumdur və əlavə, uzunmüddətli araşdırmaya ehtiyac yoxdur.

Bununla belə, tətbiq olunan sanksiyaya baxmayaraq, Kriştianu Ronaldunun noyabr ayında Portuqaliya millisinin heyətinə dəvət almaq imkanı qalır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.