Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yol hərəkəti qaydalarının kobud şəkildə pozulması, ictimai asayişə hörmətsizlik nümayiş etdirilməsi və təhlükəli manevrlərin edilməsi bəzi hallarda avtoxuliqanlıq kimi qiymətləndirilir.
Bəs hansı hərəkətlər bu kateqoriyaya daxildir və qanunla hansı cəzalar müəyyən edilib?
Milli.Az xəbər verir ki, avtomobillə küçə yarışları keçirmək, nəqliyyat vasitəsini bir və ya bir neçə təkəri yerdən qalxmış vəziyyətdə idarə etmək, qəfil sürətlənərək təkərlərin yüksək səslə sürüşməsinə səbəb olmaq və yolda çoxsaylı təkər izləri yaratmaq avtoxuliqanlıq hesab edilə bilər.
Bu cür hərəkətlərə görə sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırıla bilər. Bununla yanaşı, 500 manatdan 750 manatadək cərimə və ya 15 gündən bir ayadək inzibati həbs cəzası tətbiq oluna bilər.
Eyni qayda pozuntusu barədə inzibati tənbeh qərarı qüvvəyə mindikdən sonra bir il ərzində yenidən törədildikdə məsuliyyət daha da artır. Bu zaman sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 750 manatdan 1 000 manatadək cərimə və ya bir aydan iki ayadək inzibati həbs nəzərdə tutulur.
Əgər avtoxuliqanlıq müəyyən edilmiş sürət həddinin saatda 60 kilometrdən artıq aşılması ilə törədilərsə, sürücünü daha ağır cəza gözləyir. Belə halda idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 2 000 manatdan 4 000 manatadək cərimə və ya bir aydan iki ayadək inzibati həbs tətbiq edilə bilər.
Qanunvericilikdə bu hallarla bağlı istisna da mövcuddur. Belə ki, yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə qəfil tormozlama zamanı təkərlərin sürtünmə səsinin yaranması və ya asfalt üzərində izlərin qalması öz-özlüyündə avtoxuliqanlıq sayılmır.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Uşaq bağçasında nöqsanlar aşkarlandı
-
Pensiyalar ödənildi - Rəsmi
-
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
-
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
-
Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
-
Zerrin Özerə daha bir ağır itki
-
“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” - Mikels
-
Metroda xüsusi rejim tətbiq olunacaq
-
117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)
-
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?
-
Avqustda rəis təyin olunan Vüsal İbrahimov vəfat etdi
-
Röyanın gəlinləri və dostları ilə rəqsi diqqət çəkdi - (Video)
-
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov
-
Makronun hakimiyyəti çökür? - Fransada minlərlə insan saxlanıldı
-
79 yaşlı rus aktyor 3-cü arvadından da boşandı
-
Məleykə Abbaszadədən imtahan narazılıqlarına cavab
-
İlkin Çərkəzoğlu vəfat etdi
-
"Məsuliyyəti üzərinə götürəcək şəxslər var idi, amma Nəvai belə qərar verdi” - Vəkil
-
Qızılın qiymətində dəyişiklik - Son qiymət
-
Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?
-
Nəzakət Məmmədova təcili əməliyyat olundu - (Video)
-
Astarada kişi evində faciəvi şəkildə öldü
-
“Kızılcık şerbeti”ndən çıxarıldı: "Çörəyimlə oynanıldı, Allaha həvalə edirəm"
-
Yasamalda yaşayanların diqqətinə





