“Real” Mourinyonu istefaya göndərə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Portuqaliyalı baş məşqçi Joze Mourinyunun İspaniyanın "Real Madrid" klubundakı gələcəyi sual altına düşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, klub rəhbərliyi təcrübəli mütəxəssisin fəaliyyətindən və komandanın oyunundan narazıdır.
Yayda komandaya yeni futbolçuların cəlb olunmasına əhəmiyyətli vəsait xərclənsə də, gözlənilən irəliləyiş əldə edilməyib. Xüsusilə komandanın oyun keyfiyyəti və baş məşqçinin heyətlə bağlı bəzi qərarları tənqid olunur.
Bununla belə, futbolçuların Mourinyuya dəstək verdiyi bildirilir. Hazırda onun istefaya göndərilməsi ilə bağlı yekun qərar qəbul edilməyib. Lakin qarşıdakı matçlarda nəticələr yaxşılaşmasa, vəziyyət dəyişə bilər. Baş məşqçinin gələcəyinə təsir edə biləcək qarşılaşmalar oktyabrın 21-də Çempionlar Liqasında Almaniyanın "Leypsiq" komandasına və oktyabrın 26-da La Liqada "Barselona"ya qarşı oyunlardır.
Məlumata əsasən, Madrid klubunun prezidenti Florentino Peres mümkün əvəzləyici kimi Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamı nəzərdən keçirir. Deşam 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub, 2022-ci ildə isə komandanı mundialın finalına çıxarıb.
Qeyd edək ki, Mourinyo 2026-cı ilin yayında "Real Madrid"ə qayıdaraq 3 illik müqavilə imzalayıb. O, daha əvvəl 2010-2013-cü illərdə Madrid klubuna rəhbərlik edib və komanda ilə İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb. Hazırda "Real Madrid" La Liqada 9 oyundan sonra 21 xalla üçüncü pillədə qərarlaşıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı - (Video)
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı
-
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
-
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
-
Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
-
Xalq artisti vəsiyyətini açıqladı: Bütün var-dövlətini ona verəcək - (Video)
-
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək
-
“Real” Mourinyonu istefaya göndərə bilər
-
Məşhur restoranda yoxlama keçirildi
-
16 yaşlı hindistanlının dişi gözündən çıxdı
-
Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi
-
Nəfəsdən ailəsi ilə bağlı üzücü xəbər - (Video)
-
"Mançester Yunayted" və "Liverpul" onun uğrunda mübarizə aparır
-
Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
-
Kamran Əliyevdən yeni təyinatlar
-
Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi
-
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - (Foto)
-
Şəki Xan Sarayına kimlər daha çox gedir: Yerli, yoxsa xarici turistlər?
-
“Navai” azadlığa buraxıldı
-
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Nizami rayon prokuroru vəzifəsindən azad edildi
-
Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq





