Məşhur restoranda yoxlama keçirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında plandankənar yoxlama keçirilib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, yoxlama Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 20A ünvanında yerləşən, fiziki şəxs Həsən Fuad oğlu Yusifova məxsus qida obyektində aparılıb.
"Yoxlama zamanı, ümumilikdə şadlıq sarayında keçirilən toy mərasimlərində menyu üzərindən istehlakçılara təqdim edilən ət məhsullarının çeşidinə, mərasim iştirakçılarının sayına münasibətdə yoxlamaya təqdim edilən müvafiq müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi, istehlaka verilən ətlərin miqdarının baytarlıq sənədlərində göstərilən miqdardan dəfələrlə çox olduğu və bununla da məhsullarla bağlı izlənmə sisteminin təmin olunmadığı müəyyən edilib. Həmçinin, ətlərin müvafiq temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müşahidə edilib. Eyni zamanda, istehlakçıların aldadılması ilə nəticələnən hallar aşkarlanıb. Belə ki, qonaqlara təbii "qırmızı kürü" adı altında süni kürü təqdim edilib. Bu hal istehlakçıların təqdim edilən məhsulların xüsusiyyətləri və tərkibi barədə düzgün və dolğun məlumat almaq hüququnun pozulması, istehlakçıların aldadılması kimi qiymətləndirilir.
Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, nöqsanları aradan qaldırılana kimi dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb", - deyə məlumatda bildirilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı - (Video)
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı
-
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
-
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
-
Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
-
Xalq artisti vəsiyyətini açıqladı: Bütün var-dövlətini ona verəcək - (Video)
-
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək
-
“Real” Mourinyonu istefaya göndərə bilər
-
Məşhur restoranda yoxlama keçirildi
-
16 yaşlı hindistanlının dişi gözündən çıxdı
-
Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi
-
Nəfəsdən ailəsi ilə bağlı üzücü xəbər - (Video)
-
"Mançester Yunayted" və "Liverpul" onun uğrunda mübarizə aparır
-
Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
-
Kamran Əliyevdən yeni təyinatlar
-
Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi
-
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - (Foto)
-
Şəki Xan Sarayına kimlər daha çox gedir: Yerli, yoxsa xarici turistlər?
-
“Navai” azadlığa buraxıldı
-
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Nizami rayon prokuroru vəzifəsindən azad edildi
-
Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq





