Hadisə

“Navai” azadlığa buraxıldı

20 Oktyabr 2026 12:50
Baxış: 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qazaxıstanda saxlanılmış Azərbaycan əsilli Rusiyalı repçi "Navai" (Nəvai Bəkirov) istintaq təcridxanasından girov müqabilində azadlığa buraxılıb.

Bu barədə "Baza"nəşri məlumat yayıb.

Məlumatda girovun məbləği və azadlığa buraxılmanın digər şərtləri açıqlanmır.

Bundan əvvəl, reperin vəkili Rəna Kərimova mətbuata verdiyi açıqlamada nikbin danışaraq, sənətçinin yaxın vaxtlarda azadlığa çıxmaq perspektivinin olduğunu bildirmişdi.

Xatırladaq ki, "Navai" oktyabrın 13-dən 14-nə keçən gecə Qazaxıstanda yerləşən "Korday" sərhəd-keçid məntəqəsində saxlanılıb. Avtomobilə baxış zamanı polis əməkdaşları narkotik maddə aşkar ediblər. Sənətçi narkotik maddələrin qaçaqmalçılığına cəhddə şübhəli bilinir.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.