Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə "Uşaqların rifahına investisiya" Ümumdünya Sammiti çərçivəsində keçirilən "Sağalmaqdan həyat keyfiyyətinə doğru" şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib.
Milli.Az xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva konqresin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirib, uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
"Hər bir uşaq hörmətə, qayğıya və dolğun həyat yaşamaq imkanına layiqdir", - deyən Leyla Əliyeva diqqətə çatdırıb ki, onkoloji xəstəliklərin müalicəsində əldə olunan irəliləyişlərə baxmayaraq, bütün dünyada uşaqların və onların ailələrinin ümidini qorumaq üçün birgə səylər davam etdirilməlidir. "Biz bütün dünyada uşaqlara kömək etməyə, onlara ümid verməyə çalışırıq. Azərbaycanda da bu sahə diqqət mərkəzində saxlanılır. 2012-ci ilin martında ölkəmizdə Uşaq Onkoloji Klinikasının açılışı olub. Bu, Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasıdır", - deyə o əlavə edib.
Uşaq onkologiyası sahəsində mütəxəssislərin və təşkilatların səylərini birləşdirməyə yönəlmiş təşəbbüslərin əhəmiyyətinə də toxunan Heydər Əliyev Fondunun vitse-prezidenti uşaq xərçəngi ilə mübarizə üzrə koalisiyanın yaradılmasını irəliyə doğru atılmış daha bir mühüm addım kimi dəyərləndirib.
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən dəstəkdən danışan Leyla Əliyeva tibbi yardımın dövlət tərəfindən maliyyələşdirildiyini, uşaqların və onların ailələrinə dəstəyin davam etdirildiyini vurğulayıb. Deyib ki, heç kim bu çətin sınaqla təkbaşına mübarizə aparmalı deyil.
Çıxışında sağlamlığın emosional tərəfinə və onun insanın fiziki vəziyyəti ilə qarşılıqlı əlaqəsinə xüsusi diqqət yetirən Leyla Əliyeva bildirib: "Biz xərçəng xəstəliyini öyrənməyə davam edərkən sağlamlığın emosional tərəfini diqqətdən kənarda qoymamalıyıq. Beynimizlə bədənimiz arasındakı əlaqə çox dərindir. Emosional sarsıntıların, stresin və ətraf mühitin sağlamlığımıza necə təsir etdiyini hələ də araşdırmalıyıq".
Uşaqların ətraflarında baş verənlərə xüsusilə həssas olduqlarını, valideynlərin emosional vəziyyətinin və ailədəki mühitin onlara əhəmiyyətli dərəcədə təsir göstərdiyini vurğulayan Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib: "İbn Sinanın da qeyd etdiyi kimi, xəstəliyi müalicə edərkən onun səbəblərini nəzərə almaq lazımdır", - deyə Leyla Əliyeva bildirib.
Vurğulanıb ki, tibbi müalicə üsullarının inkişafı ilə yanaşı, uşaqlara psixoloji dəstəyin göstərilməsinə də diqqət yetirilməli, hər bir uşağın sevgi, hörmət və anlayışla əhatə olunması təmin edilməlidir.
Sonda uşaqların həyat şəraitinin yaxşılaşdırılması naminə çalışanlara təşəkkür edən Leyla Əliyeva uşaqların yalnız zəruri müalicə almalarının deyil, həm də dolğun həyat yaşamaq imkanı əldə etmələrinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılış mərasimində, həmçinin Özbəkistan Prezident Administrasiyasında səhiyyə islahatları üzrə rəhbər müavini Tamila Əliyeva, Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova və Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov çıxış ediblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
-
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
-
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklər təsdiqlənib
XƏBƏR LENTİ
-
Fatih Terim türk serialında çəkiləcək?
-
Elçin Məmmədova vəzifə verildi
-
“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” - Hicran Nəsirova
-
"Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)
-
Netanyahu: İran dərs çıxarmayıb, Müctəba Xamenei atasının yolu ilə gedir
-
"Borussiya Dortmund" futbolçuları stadionda duş almaqdan imtina etdi – SƏBƏB
-
Sabah Xətai və Nəsimidə qaz olmayacaq
-
Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayacaq
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
“Muzeydə musiqi” layihəsi çərçivəsində “Sərhədsiz musiqi” adlı konsert proqramı təqdim olunub - (Foto)
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
-
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
-
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklər təsdiqlənib





