Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev regional və qlobal miqyaslı münaqişələrin tənzimlənməsində hər zaman humanizm və beynəlxalq hüququn aliliyi mövqeyindən çıxış etmişdir. Dövlətimizin başçısı illər boyu nüfuzlu beynəlxalq tribunalardan qətiyyətlə bəyan edirdi ki, Qarabağ Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüquq normaları çərçivəsində məhz sülh yolu ilə həll olunmalıdır. Bakı münaqişənin qan tökülmədən, dinc vasitələrlə nizamlanması üçün İrəvana onilliklər boyu şans tanıdı. Lakin Ermənistan rəhbərliyi bu humanist çağırışlardan və rasional xəbərdarlıqlardan dərs çıxarmadı. İrəvanın destruktiv siyasəti, hərbi təxribatları və sülh danışıqlarını imitasiya etməsi nəticəsində müharibə qaçılmaz oldu və nəhayət Azərbaycan öz ərazi bütövlüyünü döyüş meydanında bərpa etdi.
Qazandığımız tarixi Zəfərdən sonra da Azərbaycan dövləti humanizm prinsiplərinə sadiqliyini növbəti dəfə nümayiş etdirdi. Qarabağda kök salmış erməni separatizminin tamamilə ləğv edilməsi üçün möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük təmkin və humanistlik göstərildi. Lakin qarşı tərəfin qanunsuz hərbi birləşmələri silahı yerə qoymaq istəmədikdə, Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə separatizm cəmi bir neçə saat ərzində birdəfəlik məhv edildi. Bununla da regionda faktiki və dayanıqlı sülhün bərqərar olması üçün real zəmin yarandı.
Bu gün regionda Vaşinqton formatı çərçivəsində de-fakto sülh çərçivəsi bərqərar olub və müvafiq sənədlər qəbul edilib. Lakin mövcud reallıqlar göstərir ki, Ermənistan öz üzərinə götürdüyü vədlərə əməl etməkdə ciddi çətinlik çəkir və sülh müqaviləsinin imzalanması prosesini müxtəlif bəhanələrlə ləngidir. Ermənistanın sülh prosesini gecikdirmək taktikası konkret faktlarla özünü büruzə verir. Sülh müqaviləsinin imzalanması üçün ən prinsipial şərt Ermənistanın mövcud Konstitusiyasının dəyişdirilməsidir. Ermənistanın əsas qanununda Azərbaycana qarşı açıq ərazi iddiaları yer aldır ki, bu da beynəlxalq hüquq normalarına tamamilə ziddir. Lakin İrəvan rəhbərliyi yeni Konstitusiya layihəsini hələ də geniş ictimaiyyətə təqdim etməyib və referendum prosesini qeyri-müəyyən müddətə uzadır. Yeni Konstitusiya qəbul edilmədən sülh müqaviləsinin imzalanması hüquqi baxımdan qeyri-mümkündür. Bununla yanaşı, Ermənistan Baş nazirinin sülh müqaviləsinin tam icrasını az qala 2031-ci ilə qədər uzatmaq niyyəti barədə açıqlama verməsi sülh gündəliyində qeyri-müəyyənliyi daha da artırır. Razılaşdırılmış addımları illərlə sonraya saxlamaq cəhdi İrəvanın sülh prosesinə olan beynəlxalq gözləntiləri zəiflətmək istəyindən xəbər verir. Digər tərəfdən, Ermənistanın Sərhəd Komissiyasında rəsmi şəkildə heç bir müzakirəsi aparılmayan eksklavlar, anklavlar və ərazi mübadiləsi mövzusunu qəfil gündəmə gətirməsi sadəcə olaraq diqqəti əsas öhdəliklərdən yayındırmaq məqsədi daşıyır. Komissiyanın Ermənistandan olan həmsədri Mher Qriqoryanın da təsdiq etdiyi kimi bu mövzuda heç bir müzakirə və ya razılaşma yoxdur. İrəvanın bu cür manipulyasiyaları Hökumətlərarası Komissiyanın effektivliyinə mənfi təsir göstərir.
Azərbaycan hər zaman sülhə sadiqdir, regionda real sabitliyin tərəfdarıdır və prosesdən imtina etmir. Bakı son illərdə necə gözləməli olduğunu və öz milli maraqlarını necə qoruduğunu əyani şəkildə sübut edib. Ermənistan rəhbərliyi regiondakı geosiyasi konyunkturun dəyişəcəyinə ümid edib vaxt qazanmaq taktikasına son qoymalıdır. Sülh gündəliyində informasiya səs-küyü deyil, real hadisələr, konkret qərarlar və ən əsası Ermənistanın öz konstitusion, həmçinin beynəlxalq öhdəliklərini yerinə yetirməsi kimi qətiyyətli addımlar tələb olunur.
İlham Məmmədov
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
-
Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
-
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi
-
Türkiyə PA: Türkiyə bayrağının Azərbaycanda endirilməsinə cəhd iddiaları dezinformasiyadır
XƏBƏR LENTİ
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
“Muzeydə musiqi” layihəsi çərçivəsində “Sərhədsiz musiqi” adlı konsert proqramı təqdim olunub - (Foto)
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
-
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
-
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklər təsdiqlənib
-
Azər Qarayevin “Təhlükəsizlik prizmasından baxış” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Qarabağ”ın “Sabah”la bağlı paylaşımı müzakirələr yaratdı – (Video)
-
Sülh prosesində Ermənistanın imitasiya taktikası: Bakının dəyişməz mövqeyi və reallıqlar
-
Azərbaycanda kirayə mənzillərlə bağlı qaydalar dəyişdi
-
Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir
-
Xəyyam 5-ci dəfə ata oldu
-
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı faciə - Körpə öldü
-
Əməkdar artistin səhhəti pisləşdi: 2 aydır yataqdan qalxmır
-
Rəqsanənin Rusiyada yaşayan qızı Yana tanınmaz halda - (Video)
-
Bu qidalar beyin damarlarına zərər verə bilər
-
Sergen Yalçın: “Yığmaya hücumçunu "İnstaqram"dan tapacağam"
-
Balıq bazarında qiymətlər dəyişdi: Çəki balığı 4 manata təklif olunur
-
Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir





