Şou-biznes

Nurgül Yeşilçay 8 illik sevgilisi ilə niyə evlənmədiyini açıqladı (Video)

22 Oktyabr 2026 14:32
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyəli aktrisa Nurgül Yeşilçay uzun müddətdir münasibətdə olduğu Necati Kocabayla nikah masasına əyləşməməsinin səbəbini açıqlayıb.

Milli.Az-ın məlumatına görə, 50 yaşlı sənətçi bildirib ki, sevgilisi ilk dəfə evlənəcəyi üçün ailəsi bu münasibətin təmtəraqlı toyla rəsmiləşdirilməsini istəyir. Lakin aktrisa belə bir mərasimin təşkilini üzərinə götürmək istəmədiyini və buna imkanının çatmadığını deyib.

Yeşilçay dostlarına zarafatla müraciət edərək toyun təşkilini onlara həvalə etməyi təklif etdiyini söyləyib. Aktrisa bildirib ki, dostlarına "Siz toyu təşkil edin, mən gəlib nikaha imza atım" desə də, artıq 8 ildir heç kim bu təklifi gerçəkləşdirmək üçün təşəbbüs göstərməyib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.