Ölkə

Pirşağıda evi ilanlar basıb - (Video)

21 Oktyabr 2026 23:10
Baxış: 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Görüntüləri "Xəzər Xəbər"ə  göndərən izləyici iddia edir ki, Pirşağı qəsəbəsində olan evində ilanlara görə yaşaya bilmir.

Milli.Az xəbər verir ki, şikayətçinin sözlərinə görə, ilk ilanı gördükdən sonra evin hər tərəfinə yapışqan məhlul yerləşdirib. Üç azyaşlı uşağı ilə həyət evində kirayə yaşayan Lətafət Musayeva bir neçə ilanın evə daxil olduğunu deyir.

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirildi ki, problemin həlli qurumun səlahiyyətlərinə aid deyil. Fövqəladə hallar nazirliyi və ekologiya və təbii sərvətlər nazirliyinə də müraciət etdik.

Lakin, aldığımız cavablardan məlum oldu ki, bu cür hallara nəzarət edən məsul qurumun kim olduğu aydın deyil.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.