Şou-biznes

Sibel Canın sevgilisi tutuldu - (Foto)

22 Oktyabr 2026 12:02
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə mənbəyi məlum olmayan külli miqdarda pulun yuyulması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Emir Sarıgül barəsində həbs qərarı verilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan araşdırma ölkə daxilində və xaricdə yaradılmış şirkətlər vasitəsilə böyük məbləğdə vəsaitin leqallaşdırılması, eləcə də həmin pullara qanuni görüntü verilməsi iddiaları ilə bağlıdır.

İstintaq çərçivəsində saxlanılan Emir Sarıgülün polis bölməsindəki prosedurları başa çatdıqdan sonra o, məhkəməyə aparılıb. Prokurorluqda ifadəsi alınan şübhəli həbs tələbi ilə növbətçi sülh cəza hakimliyinə göndərilib. Hakimlik onun barəsində həbs qətimkan tədbiri seçib.

Baş Prokurorluğun açıqlamasına görə, Almaniya vətəndaşları K.P. və M.B. müxtəlif maliyyə əməliyyatları ilə bağlı iddialar irəli sürüblər. Onlar 80 milyon avroluq müqavilənin bağlandığını, 100 milyon avro məbləğində köçürmənin həyata keçirildiyini, dövlət imkanlarından və nüfuzundan istifadə etməklə 1 milyard avroluq vəsaitin kredit vasitəsilə xaricə çıxarılmasının vəd edildiyini, həmçinin 1,5 milyon avro dəyərində yaxtanın satıldığını bildiriblər.

Şikayətçilər məsələ ilə bağlı məlumat və sənədləri jurnalist Murat Ağırelə təqdim etdiklərini, həmin materialların aidiyyəti şəxslərə çatdırılmasından sonra təhdid olunduqlarını da iddia ediblər.

Toplanmış ifadələr, səs və video yazıları, eləcə də digər sübutlar qiymətləndirildikdən sonra Emir Sarıgül, Ömer Sarıgül, Aylin Kotil, Volkan Aslanbaş, Cavidan Tanrah Artuner və Murat Ağırel barəsində saxlanılma qərarı verilib. Mustafa Sarıgüllə bağlı iddialar isə ayrıca araşdırılması üçün Ankara Respublika Baş Prokurorluğuna göndərilib.

İstanbul polisi tərəfindən keçirilən əməliyyatlar zamanı digər şəxslər də saxlanılıb. Məlumata görə, şübhəlilərdən Cemil Vasken Barın və Uğur Kurtulan məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digər 15 nəfər barəsində isə həbs qərarı çıxarılıb.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.